AZ

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Football-plus.az" xəbər verir ki,AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15.00-da başlayacaq.

İiclasın gündəliyinə bir sıra məsələlər daxildi:

1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024-25-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər.

Seçilən
59
39
football-plus.az

10Mənbələr