Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Msport.az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutacaq.
Saat 15:00-da başlayacaq iclasın gündəliyində bu məsələlər yer alıb:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər.