AZ

Argentina yığmasının sabiq futbolçusu karyerasını bitirib

Argentina millisinin sabiq futbolçusu Dieqo Perotti karyerasını bitirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı vinger bunu sosial şəbəkə hesablarında açıqlayıb.

Yarımmüdafiəçinin peşəkar karyerasındakı son klubu "Salernitana" (İtaliya) olub.

Qeyd edək ki, D.Perotti İspaniyada "Sevilya", Argentinada "Boka Xuniors", İtaliyada "Cenoa" və "Roma", Türkiyədə "Fənərbağça" kimi klubların da formasını geyinib. 2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
operativmm.az

9Mənbələr