AZ

Argentina millisinin keçmiş futbolçusu karyerasını bitirdi

Argentina millisinin sabiq futbolçusu Dieqo Perotti karyerasını bitirib.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb.Onun peşəkar karyerasındakı son klubu “Salernitana” (İtaliya) olub.Perotti İspaniyada “Sevilya”, Argentinada “Boka Xuniors”, İtaliyada “Cenoa” və “Roma”, Türkiyədə “Fənərbaxça” kimi klubların da formasını geyinib. 2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
8
komanda.az

9Mənbələr