AZ

Dieqo Perotti karyerasını başa vurdu

Futbol üzrə Argentina milli komandasının sabiq üzvü, hücumameyilli yarımmüdafiəçi Dieqo Perotti peşəkar karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 36 yaşlı vinger bu barədə qərarını sosial şəbəkə hesablarında açıqlayıb.

Yarımmüdafiəçinin peşəkar karyerasındakı son klubu “Salernitana” (İtaliya) olub. O, 2022-ci ilin fevral ayından formasını geyindiyi bu komandanın heyətində cəmi 11 oyuna çıxıb. Perotti 2022-ci ilin yayından işsiz idi.

Xatırladaq ki, Dieqo Perotti İtaliyada “Cenoa” və “Roma”nın da uğurları üçün çalışıb. O, Argentinada “Boka Xuniors”, “Deportivo” (Moron), İspaniyada “Sevilya”, Türkiyədə “Fənərbaxça” kimi klubların da formasını geyinib. 2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb, fərqlənə bilməyib.

Perotti yeganə titulunu İspaniyada “Sevilya” ilə qazanıb. O, bu komandanın heyətində 2009/1010 mövsümündə İspaniya Kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
8
arena.az

9Mənbələr