AZ

Ağır fiziki işdə çalışanların ömrü digərlərinə nisbətən az ola bilər -Tanınmış həkimdən ŞOK AÇIQLAMA

Karyeristlər, gecə-gündüz işləyənlər və ya tətilsiz çalışanlar alkoqol içənlərdən daha çox xəstələnir və tez ölür.
Bakupost.az xəbər verir ki, amerikalı alimlər müəyyənləşdiriblər ki, xroniki alkoqolizmlə xroniki karyeristliyin təsirləri eynidir.
Elmi tədqiqatda 45-69 yaş arası 749 nəfər iştirak edib.
Alimlər onların həyat tərzi, işi və zərərli vərdişləri barədə təhlil aparıblar.
Daha sonra onların həyatı 20 il izlənilib.
Analizlər göstərib ki, kifayət qədər istirahət, rejim və tətilin olmaması sağlamlıq üçün ciddi təhlükədir.
Alimlər müəyyən ediblər ki, daim işləyən insanların ömrü alkoqol asılılığından əziyyət çəkən xroniki əyyaşlardan daha az yaşayır.
Daimi yorğunluq, stress ürək-damar xəstəlikləri, infarkt, insult riskini artırır.
İş saatından artıq 2-3 saat işləmək xroniki alkoqolizmə bərabərdir.


Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a deyib  ki, stress və siqaret çəkmək ürək-damar sistemi xəstəliklərini yaradan amillər içərisində birinci yerdə dayanır:

“Daş qaldıranlar, mədən və digər ağır fiziki işdə işləyənlərin ömrü digərlərinə nisbətən az ola bilər. Çünki ağır işdə çalışanların daxili orqanlarında problemlər yaranaraq sıradan çıxa bilir. Digər tərəfdən alimlərin tədqiqatlarına əsasən zehni iş beynin məşqidir. Bu mənada kitab oxumaq yaddaş gücləndirir, söz ehtiyyatını artırır və  insanın təfəkkür fəaliyyətini genişləndirir. Spirtli içkilərin və siqaretin mənfi təsirləri isə insan həyatı və orqanizmi üçün böyük problem yaradır. Ona görə də spirtli içkilərə asılılıq dünyada vaxtından əvvəl ölüm və xəstəliklərin mühüm risk faktorlarından biridir. Ümumiyyətlə alkoqol istifadəsi hər il milyonlarla insanı ölümə aparır. İnsanlar artıq demək olar ki, hər gün spritli içkilər qəbul etməyə adət edib və bunun da nəticələri qorxuludur. Qəbul edilən alkoqol ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsində bir başa əlaqəsi var.  Hətta alkaqol insan şəxsiyyətinin deqredasiyasına qədər gətirib çıxara bilər”.
Seçilən
94
4
sherg.az

10Mənbələr