AZ

Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Opta Sport"a istinadən məlumatına görə, 31 yaşlı hücumçu buna evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 9:2 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin I turunun oyununda nail olub.

Sözügedən qarşılaşmada poker edən təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı.

Keyn həm də "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Runinin hesabında 30 qol var.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında "Tottenhem"dən Münhen klubuna keçib.

Seçilən
33
4
operativmm.az

10Mənbələr