“Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasının tarixinə düşüb.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu buna evdə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına 9:2 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin I turunun oyununda nail olub.
Sözügedən qarşılaşmada poker edən təcrübəli forvard “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb.
O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Runinin hesabında 30 qol var.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən Münhen klubuna keçib.