AZ

Bakıda 19 yaşlı gənc bıçaqlanıb: Şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

08.49

Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
cebheinfo.az

10Mənbələr