AZ

Bakıda 19 yaşlı gənc bıçaqlandı

Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb.Elchi.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Elmir Ramil oğlu Nəsirov naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
35
elchi.az

10Mənbələr