AZ

Xətaidə19 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

***

09:12

Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
avtosfer.az

10Mənbələr