AZ

Tramp və Harrisə inam rəqəmləri dəyişdi

ABŞ-ın vitse-prezidenti və ölkə başçısı postuna demokrat namizəd Kamala Harris seçki yarışında rəqibi respublikaçı Donald Trampı iki faiz qabaqlayır.

Publika.az xəbər verir ki, bu barədə məlumat “Fox News”un sorğusunda öz əksini tapıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 50%-i qarşıdan gələn seçkilərdə Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 48%-i isə Trampı dəstəklədiyini bildirib.

Telekanal qeyd edir ki, vitse-prezident son bir ayda öz mövqeyini yaxşılaşdırıb. Tramp avqustun ortalarında Harrisi 1 faiz qabaqlayıb. 50% -ə qarşı 49%.

Qeyd edək ki, ölkə üzrə 1,1 mindən çox insanın iştirak etdiyi sorğu sentyabrın 13-dən 16-dək aparılıb.

Seçilən
20
50
publika.az

10Mənbələr