AZ

Makron BMT Təhlükəsizlik Şurasında veto hüququnun məhdudlaşdırılmasını müdafiə etdi

Fransa Prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasında veto hüququnun məhdudlaşdırılmasının lehinə danışıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Təhlükəsizlik Şurasının islahatı tərkibində dəyişikliklərlə yanaşı, iş metodlarında dəyişiklikləri, xüsusən də kütləvi cinayətlər zamanı vetonun məhdudlaşdırılmasını əhatə etməlidir. O, sülhün və beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün tələb olunan operativ qərarlara diqqət yetirməlidir", - Makron BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında deyib.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurası genişləndirilməlidir. "Fransa Təhlükəsizlik Şurasının genişləndirilməsinin tərəfdarıdır, Almaniya, Yaponiya, Hindistan və Braziliya Afrikanın öz nümayəndələri olaraq təyin edəcəyi iki ölkə ilə birlikdə daimi üzv olmalıdır", - o bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak ərəfəsində bildirmişdi ki, bir sıra dövlətlər BMT Təhlükəsizlik Şurasının islahatlarını süni surətdə sürətləndirməyə çalışırlar, lakin Moskva və Pekin isə bu prosesin “təhlükəli oyunlara” çevrilməsinə imkan verməyəcək.

Turan İSMAYIL

Seçilən
56
45
redaktor.az

10Mənbələr