27 Sentyabr – Anım Günü ilə bağlı Saatlı rayonunda “Qarabağ Azərbaycandır!” adlı ümumrayon tədbiri keçirildi
Ümumrayon tədbirində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı Əziz Ələkbərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ictimai birliklər, idarə, təşkilat və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, ümumilikdə 2 min nəfərdən artıq rayon sakini iştirak edib. Anım günü tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizn ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı Əziz Ələkbərov, şəhid valideynləri – Süleyman Abbasov, Qabiliyyət Məmmədova Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən Müharibəsində və sonrakı illərdə antiterror əməliyyatlarında Silahlı Qüvvələrimizin igidlik və qəhrəmanlıq şücaətləri ilə Qarabağ torpaqlarımızın işğaldan tam azad edilməsindən, xalqımızın Ali Baş Komandanın ətrafında sıx birliyindən danışdılar, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad etdilər.
Rayonun şəhid Vüqar Əzimov adına Qıraqlı kənd tam orta məktəbinin hərbi geyimli şagirdlərinin sıra düzlüşü fonunda, şəhid Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəblilərinin vətənpərvərlik mövzusunda şeirləri səsləndirildi, rayonun Bülbül adına Uşaq Musiqi məktəbinin şagirdi Aslan Yusiflinin ifasında Bayatı-şiraz ifa olundu, tədbir iştirakçları tərəfindən rayonun Şəhidlər abidə-xatirə kompleksi önünə gül-çiçək dəstələri düzüldü.
Saat 12:00-da ölkə ərazisində Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, rayonun şəhid ailələri ilə yaşadıqları ünvanlarda görüşlər keçirildi, dini icmalarda ehsan süfrələri açıldı.