Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı Arzu Niftalıyeva faciəvi şəkildə ölüb.
A. Niftalıyeva Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub.
O, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə təhsil alırmış.
Qeyd edək ki, o, yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, Arzunun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.
Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo