AZ

Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO

Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində yüzlərlə yaralıya yardım edən həkim Yamən Cəfərov Baku TV-yə danışıb.
 
O, Azərbaycan əsgərinin əzmini hər iki müharibədə gördüyünü vurğulayıb:
 
"Cənub bölgəsindən olan bir əsgərin dediyi sözlər bu gün də yadımdadır. Mərmi aşağı ətrafının birini aparmışdı. O isə deyirdi ki, Azərbaycan, mən canımı sənə fəda etdim".
 
Həkim Vətən müharibəsindəki fəaliyyətindən danışarkən isə bildirib ki, həmin dövrdə yaralıların əksəriyyəti döyüşə qaytarılmalarını tələb edirdilər:
 
"Zabitlər deyirdilər ki, əsgərlərim orada başsız qalıb, məni buraxın, döyüşə gedim. Halbuki, elə vəziyyətdə idilər ki, onların geri qayıtmaları mümkün deyildi".
 
Daha ətraflı Baku TV-nin süjetində:

Seçilən
89
50
moderator.az

10Mənbələr