Vladimir Putin Aşqabada gəlib, burada beynəlxalq forumda iştirak edəcək və İranın prezidenti ilə görüşəcək...
Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Aşqabada işgüzar səfərə gəlib, o, beynəlxalq forumda iştirak edəcək və İran prezidenti Məsud Pezeşkianla bir araya gələcək.
Qeyd edək ki, bu güen, cümə günü Türkmənistanın paytaxtında türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Zamanların və sivilizasiyaların münasibəti - sülhün və inkişafın əsası” adlı beynəlxalq forum keçiriləcək. Tədbirə Türkmənistanla qonşu dövlətlərin bir çox rəhbərləri dəvət alıblar. Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və bir sıra digər ölkələrin rəhbərləri tədbirdə iştirak edəcəklər.
Səfər zamanı Putinin forumun plenar iclasında çıxış etməklə yanaşı, bir neçə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Onlardan biri İran prezidenti Məsud Pezeşkianla görüş olacaq.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, bu görüş zamanı liderlər həm ikitərəfli məsələləri, həm də Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə edəcəklər.
Poliqon.info