AZ

Niyə pilotlara saqqal saxlamağa icazə verilmir?

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən aparılan araşdırmalara əsasən, bir çox aviaşirkətlər saqqal sağlamağı məhdudlaşdırır və ya tamamilə qadağan edir. 

News24.az xəbər verir ki, aviaşirkət pilotları üçün saqqal qaydaları təhlükəsizlik və əməliyyat səmərəliliyi baxımından böyük əhəmiyyət kəsb edir.

Federal Aviasiya Administrasiyasının (FAA) saqqalları birbaşa qadağan edən heç bir qaydası olmasa da, bir çox aviaşirkətlər pilotların saqqal uzatmamasını və ya yalnız müəyyən saqqal növlərinə icazə vermələrini tələb edən siyasətlər hazırlayıb. Bu vəziyyətin əsas səbəbi estetik qayğılardan başqa ölümcül sonluqlardan qaçmaqdır.

FAA "Saqqalların Oksigen Maskasının Səmərəliliyinə Təsiri" adlı araşdırmada saqqalların oksigen maskaları ilə bağlı problemlər yarada biləcəyini açıqlayıb.

Sənəddə qeyd olunur ki, saqqallı ekipaj üzvlərinin üzlərində tüklərin olması səbəbindən oksigen maskalarının sıxlığı azala bilər. Bu, fövqəladə hallar üçün xüsusilə vacibdir; çünki oksigen maskalarının tez və effektiv şəkildə taxılması çox önəmlidir.

Təyyarədə təzyiqin qəfil enməsi və ya oksigen səviyyəsində problem yarandıqda pilotlar oksigen maskası taxmalıdırlar. Əgər üzlərində saqqal varsa, maskanın üzlə təması pozulur ki, bu da kifayət qədər oksigenin verilməməsinə səbəb olur.

Bu cür təcrübələr həm pilotların, həm də sərnişinlərin təhlükəsizliyini artırır və aviasiya sənayesində nizam-intizamın qorunmasına töhfə verir.

Yekun olaraq qeyd edək ki, pilotların saqqal saxlamaması qaydası təkcə estetik qayğılarla bağlı deyil. Pilotların saqqal qaydaları ümumi aviasiya təhlükəsizliyini təmin etmək və həm ekipaj, həm də sərnişinlər üçün daha təhlükəsiz uçuş təcrübəsi təmin etmək məqsədi daşıyır.

Günel Məlikzadə

Seçilən
55
12
news24.az

10Mənbələr