AZ

"Milli texnoloji təşəbbüsün coğrafi miqyasını genişləndiririk”

“Aviasiya, Kosmonavtika və Texnologiya - TEKNOFEST-2024 festivalında iştirak etmək üçün müraciətlərin sayı artır. Bu il festivalın müsabiqə və yarışlarına qatılmaq üçün rekord sayda - 1,6 milyon insan artıq qeydiyyatdan keçib. Əminəm ki, bu, son hədd deyil”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri “Baykar” şirkəti İdarə Heyətinin rəhbəri Selcuk Bayraktar Adana şəhərində 10-cu TEKNOFEST-2024 festivalının açılışında deyib. O qeyd edib ki, TEKNOFEST festivallarının iştirakçıları son illər 150-dən çox texnoloji şirkət yaradıblar, onların bəzisi artıq öz məhsullarını dünyanın onlarla ölkəsinə ixrac edir.

S.Bayraktarın sözlərinə görə, bu günə qədər TEKNOFEST festivallarının yekun hissəsindən əvvəl Türkiyənin 27 müxtəlif şəhərində müsabiqə proqramları keçirilib və tədbir iştirakçıları arasında ölkənin 81 vilayətinin sakinləri, həmçinin dünyanın 120 ölkəsindən komandalar da olublar. O əlavə edib: “Son 7 il ərzində Azərbaycanda keçirilən də daxil olmaqla, 9 TEKNOFEST festivalı uğurla baş tutub. Qarşıdakı illərdə Şimali Kipr Türk Cümhuriyyətində və digər türk dövlətlərində festivallar təşkil etməyi və bununla da milli texnoloji təşəbbüsün coğrafi miqyasını genişləndirməyi planlaşdırırıq”.

Səlcuq Bayraktar TEKNOFEST festivalının yetişdirdiyi nəslin bəşəriyyətin problemlərinin həllinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
55
45
sia.az

10Mənbələr