Türk mühəndislərinin son işi – “ANKA III” hücum pilotsuz uçuş aparatı Adanada keçirilən 10-cu Aviasiya, Texnologiya və Astronavtika festivalı “TEKNOFEST-2024” çərçivəsində öz imkanlarını nümayiş etdirib.
İctimaiyyət ilk dəfə TUSAŞ tərəfindən hazırlanan yeni PUA-nın uçuşunun şahidi olub.
Əlli dəqiqə davam edən uçuşda pilotsuz aparatı Türkiyənin HÜRJET təlim təyyarəsi müşayiət edib.
“ANKA III” layihəsinə 2022-ci ildə start verilib. Həmin ilin oktyabrında PUA-nın dizaynı təsdiqlənib, 2023-cü ilin yanvarında isə konstruktorlar hücum pilotsuz aparatının quraşdırılmasını başa çatdırıblar. PUA-nın ilk uçuşu 2023-cü ilin dekabrında həyata keçirilib və 1 saat 10 dəqiqə davam edib.
Faydalı yük 1,2 tona, sürət isə 0,7 dövrəyə çatır.
Pilotsuz aparat 10 saata qədər havada qala və 12 km-dən çox hündürlüyə qalxa bilir.
Döyüş tapşırıqları ilə yanaşı, PUA kəşfiyyat və ərazi monitorinqi üçün istifadə edilə bilər.
Xüsusi dizayn sayəsində PUA-nın radarlar üçün görmə qabiliyyəti azalır. Eyni zamanda, “ANKA III” avtopilot sistemi ilə təchiz edilib.
TUSAŞ şirkətinin nümayəndələri bildiriblər ki, “ANKA III”ün xüsusiyyətlərindən biri də pilotsuz təyyarəni tanker təyyarəsinin analoqu kimi istifadə etmək imkanıdır.