AZ

Yaxın Şərqdə gərginliyin artması iqtisadiyyata ciddi təsir edəcək – Valyuta Fondu

Yaxın Şərqdə gərginliyin daha da artması həm regionun özü, həm də ondan kənardakı ölkələr üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracaq.

Musavat.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi ehtimalı riskləri və qeyri-müəyyənliyi artırır: “Bilin ki, iqtisadiyyat münaqişənin mərkəzindədir”.

Kozakın bildirib ki, İordan çayının qərb sahili, Qəzza zolağı, Livan və İsrail iqtisadi cəhətdən “ciddi təsirlənib”: “Beləliklə, "demək olar ki, bir il davam edən münaqişə Qəzzanın iqtisadiyyatına dağıdıcı təsir göstərdi, mülki əhali ağır sosial-iqtisadi vəziyyətlə, humanitar böhranla və yetərli olmayan humanitar yardım təchizatı ilə üzləşib. İlkin rəsmi hesablamalara görə, İordan çayının qərb sahilində ÜDM 2024-cü ilin birinci yarısında 86 faiz azalıb. Onsuz da acınacaqlı mənzərə daha da pisləşib və ilkin rəsmi məlumatlara görə, Livanda 2024-cü ilin birinci yarısında ÜDM-in 25 faiz azalacağı gözlənilir”.

Onun sözlərinə görə, Livanda "münaqişənin son vaxtlar intensivləşməsi onsuz da kövrək olan makroiqtisadi və sosial vəziyyəti daha da ağırlaşdırır, münaqişə ağır insan itkisi və fiziki infrastrukturun zədələnməsi ilə nəticələnib”: “İsraildə münaqişənin başlanğıcında ÜDM 2023-cü ilin dördüncü rübündə təxminən 20 faiz azaldı, bunun ardınca bu ilin birinci yarısında yalnız qismən bərpa oldu”.

O vurğulayıb ki, Yaxın Şərq münaqişəsinin kəskinləşməsi nəqliyyat xidməti və malların qiymətinə təsir edir: “Biz vəziyyəti diqqətlə izləyirik, bu, böyük narahatlıq doğurur, çox yüksək qeyri-müəyyənlik var”.

Musavat.com

Seçilən
70
11
musavat.com

10Mənbələr