AZ

Türkiyənin Azərbaycana hazır geyim ixracı azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq, 45,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 6,4 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 10,7 faiz azdır.” – deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 13,6 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Seçilən
47
49
banker.az

10Mənbələr