AZ

Dünyaca məşhur zərgərlik brendi Qarabağ xalça naxışları əsasında kolleksiya hazırlayır

Bakı,TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 267,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Özbəkistana 31,9 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 10,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 23 milyard 187 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 216 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 20,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Seçilən
46
49
turkic.world

10Mənbələr