AZ

Türkiyədən ABŞ-yə avtomobil sənayesi məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən ABŞ-yə avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz artaraq, 885,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə ABŞ-yə 110,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 39,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 milyard 933 milyon dolları ötüb.

“2024-cü ilin sentyabr ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 20,9 faiz azalaraq, 3 milyard 406 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 36 milyard 349 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Seçilən
45
31
turkic.world

10Mənbələr