AZ

Türkiyəyə “yaşıl işıq”: Razılıq verildi, tezliklə...

Almaniya Türkiyənin 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almasına “yaşıl işıq” yandırdıqdan sonra danışıqlar davam edir.

Teleqraf.com xəbər verir ki, İngiltərə, İtaliya, İspaniya və Almaniyadan ibarət konsorsiuma daxil olan “Eurofihter” üçün bu ölkələrin texniki heyətləri ilə müzakirələrin üç həftə davam edəcəyi gözlənilir.

Görüşlərdə döyüş təyyarələrinin satınalma prosesinin mərhələləri, kadr hazırlığının necə aparılacağı və texniki xidmət proqramlarının necə həyata keçiriləcəyi də daxil olmaqla bir çox texniki detallar müzakirə olunacaq.

Türkiyəli hərbi analitik Turan Oğuz “Eurofighter”in Fransanın “Rafale F4” və ABŞ-ın F-16 B70 döyüş təyyarələrindən daha təsiredici olacağını bildirib. Almaniya texniki danışıqlardan sonra satışa yekun razılıq verərsə, Türkiyə ilk mərhələdə ən qısa vaxtda 24 ədəd “Eurofighter” alacaq. Prosesin sonrakı mərhələlərində təyyarələrin sayı 40-a çatdırılacaq.

Yerli döyüş təyyarəsi KAAN-ın 2030-cu ildə kütləvi istehsalına başlanacağı gözlənilir.

“Eurofighter”lə bağlı danışıqları qiymətləndirən təqaüdçü general Ərdoğan Karakuş Türkiyənin öz təyyarəsini istehsal etməkdə qərarlı olduğunu deyib:

“300 KAAN-ın Hərbi Hava Qüvvələrinin inventarına daxil olması üçün xeyli vaxt lazımdır. Bu səbəbdən, Hərbi Hava Qüvvələri bu mövzuda müvəqqəti dəstək tələb edir. Son vaxtlar Yunanıstanla münasibətlərin yaxşı olduğu bildirilsə də, bəs niyə bu qədər çox təyyarə alır? 24 “Rafale”nin alınması tamamlanıb. Üstəgəl, 83 ədəd F-16-nı “Blok 70”-ə çevirəcək. Üstəlik, F-35-lər alırlar. Bu qədərinə nə ehtiyac var? Münasibətlər yaxşıdır, amma “Türkiyəyə qarşı almırıq” ritorikası inandırıcı deyil. Türkiyə ilə ABŞ arasında F-16-ların tədarükündə heç bir problem yoxdur, amma bu təyyarələrin gəlməsi 3 il çəkəcək. Bu səbəbdən Türkiyə “Blok 70”lər gələnə qədər güclənməlidir”.

Karakuşun fikrincə, hava qüvvələri daha da güclü olsa, Yaxın Şərqdə Türkiyəyə hücum edəcək və ya müharibə riskinə girəcək kimsə olmayacaq, hamı qorxacaq: “Hərbi Hava Qüvvələri Quru Qoşunlarını qoruduqca bu bölgədə heç bir problemimiz olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
133
1
teleqraf.com

10Mənbələr