AZ

Türkiyə ilə bağlı gizli toplantı: Dörd ölkə anlaşdı

Almaniya Kansleri Olaf Şolz oktyabrın 19-da Türkiyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək kanslerin dosyesində Türkiyəyə “Eurofighter” təyyarələrinin satılması məsələsi də var.

“Yeni Şafak” yazır ki, Almaniya mətbuatı Ərdoğanla görüşdən əvvəl Şolzu tənqid atəşinə tutub:

“Alman nəşrləri yeni silah müqavilələrini son dərəcə problemli hesab edirlər. Bunun səbəblərindən biri Almaniyanın bir müddətdir İsrailə gizli silah embarqosu tətbiq etməsidir. Almaniya Türkiyəyə silah tədarükünə və bir çox ortaq müdafiə layihələrinə yenidən başlayıb.

Şolzun ​​Ərdoğanla görüşündən əvvəl cavab axtarılan əsas sual Berlinin Ankara ilə “Eurofighter” müqaviləsi imzalayıb-imzalamayacağı ilə bağlıdır.

Şolzun Ərdoğanla görüşü təkcə gizli silah embarqosuna məruz qalan İsraildə yox, qonşu Yunanıstanda da diqqətlə izlənilir. Çünki Türkiyəni baş düşməni kimi görən Yunanıstan “Eurofighter” məsələsindən çox narahatdır”.

“Der Spiegel” bundan öncə yazmışdı ki, gizli şəkildə toplanan Almaniya Təhlükəsizlik Şurası bu yaxınlarda NATO tərəfdaşı Türkiyəyə bir neçə yüz milyon avro dəyərində alman silahlarının satılmasına yaşıl işıq yandırıb”.

“Middle East Eye” də bildirir ki, Almaniya Təhlükəsizlik Şurası həmin iclasda “Eurofighter” konsorsiumuna təyyarənin texniki xüsusiyyətlərini Türkiyə tərəfi ilə bölüşmək və texniki məsləhətləşmələrə başlamaq səlahiyyəti verib.

“Eurofighter” Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın ortaq istehsalı olan döyüş təyyarəsidir. Üç ölkə Almaniyadan əvvəl sözügedən təyyarənin Türkiyəyə satışına icazə vermişdi. Berlinin razılığı ilə satışın önündəki yeganə əngəl də qalxıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
23
teleqraf.com

10Mənbələr