AZ

Türkiyə tezliklə BU QIRICILARI alacaq

Türkiyə istehsalçı ölkələrin konsorsiumu ilə “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması məsələsindəki danışıqlarda irəliləyiş əldə edib.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Eurofighter” məsələsində irəliləyiş əldə edilmişdir. Texniki danışıqların başlanğıcını belə şərh edə bilərik” – deyə o, “Turkiye” qəzetinə bildirib.

Türkiyənin Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, Böyük Britaniya və konsorsium ölkələrinin nümayəndələri ilə danışıqlar davam edir və yaxın vaxtlarda müsbət nəticələr gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə Türkiyə və Rusiya arasında “S-400” zenit-raket kompleksinin tədarükü barədə müqavilənin bağlanmasından sonra, Ankara ABŞ-ın yeni nəsil “F-35” döyüş təyyarələri proqramından çıxarıldı. Bundan sonra Türkiyədə “F-35″ə alternativlər barədə danışılmağa başlandı. Bunlardan biri olaraq Türkiyə “Eurofighter” təyyarəsini nəzərdən keçirir.

Böyük Britaniya, İspaniya və İtaliya başlanğıcda Ankaraya döyüş təyyarələrinin satılmasına qarşı deyildilər, amma “Eurofighter” istehsal edən konsorsiumun üzvü olan Almaniya bu razılaşmaya icazə vermirdi.

11 oktyabrda “A Haber” telekanalı məlumat verib ki, “Eurofighter” konsorsiumunun iştirakçı ölkələrinin ekspertlərindən ibarət texniki nümayəndə heyəti, Ankaraya döyüş təyyarələrinin mümkün tədarükünü müzakirə etmək üçün Türkiyəyə gəlib. Bildirilib ki, bu, Almaniyanın mövqeyini yumuşaltması ilə mümkün olub.

 

Seçilən
27
1
nocomment.az

10Mənbələr