Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfər üçün qatarla Kiyevə gəlib.
Aznews.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, rəsminin ukraynalı həmkarı Rustem Umerov və ölkə prezidenti Volodimir Zelenski ilə danışıqlar aparması planlaşdırılır.
Qeyd edək ki, bir gün əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin prezident Zelenski ilə görüşmək üçün Kiyevə gəlmişdi. Daha sonra Amerika rəsmisi ABŞ-nin Ukraynaya 100 milyon dollar dəyərində yeni hərbi yardım tranşı verəcəyini açıqladı. Paketə artilleriya və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar daxildir.