\"Ukrayna \"Taurus” raketlərini boş yerə gözləyir”.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O, bildirib ki, Almaniya Ukraynaya hərbi dəstəyi davam etdirəcək: \"Amma biz Kiyevə \"Taurus” raketlərini verməyəcəyik”.
Berlinin bu gün Kiyevə yeni hərbi yardım paketini elan edəcəyi gözlənilir.
Qeyd edək ki, B. Pistorius Ukraynada səfərdədir.