AZ

45 viəlaləydə “Gürz” əməliyyatı: 216 nəfər saxlanılıb

Türkiyə daxili işlər naziri Ali Yerlikaya 45 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən “Gürz-23” əməliyyatlarında 216 şübhəlinin ələ keçirildiyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazir Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Nazir bildirib ki, 45 vilayətdə İŞİD terror təşkilatına qarşı "Gürz-23" əməliyyatı keçirilib.

Əməliyyat çərçivəsində 216 şübhəli yaxalanıb.

Tutulan şübhəlilərin əvvəllər təşkilat daxilində məsul fəaliyyət göstərmələri və təşkilata maliyyə yardımı etmələri ilə bağlı istintaq başladılıb.

QAZİLER.AZ

Seçilən
66
15
qaziler.az

10Mənbələr