Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, İzmir Prokurorluğu, əvvəlki illərdə PKK/KCK terror təşkilatında fəaliyyət göstərən, kənd ərazisində təşkilat üzvləri ilə birlikdə fotoşəkilləri olan və açıq mənbələrdə terror təşkilatının təbliğatını aparan 10 şübhəli barədə axtarış qərarı çıxarıb.
Vilayət Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin qrupları 2 vilayətdə eyni vaxtda apardıqları əməliyyat nəticəsində 10 şübhəlini tutublar.
Qeyd edilib ki, şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda rəqəmsal material ələ keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31