Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror qruplaşmasına qarşı GÜRZ-23 əməliyyatı keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Yerlikaya terror təşkilatı İŞİD-ə qarşı 45 vilayətdə həyata keçirilən əməliyyatlarda 216 şübhəlinin ələ keçirildiyini açıqlayıb. Saxlanılan şəxslərin əvvəllər təşkilat daxilində məsul fəaliyyətlər həyata keçirdikləri müəyyən edilib. Onlar barəsində istintaq başladılıb.