AZ

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.

“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.

Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.

Seçilən
37
13
aznews.az

10Mənbələr