İspaniyada baş verən təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.
Day.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər isə itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.
Daha əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilmişdi. Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub. Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər. Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.