AZ

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatdı

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.

Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.

Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.


Müəllif: Teleqraf.com
Seçilən
30
13
teleqraf.com

10Mənbələr