Minivanda qəfil başlayan yanğın tez bir zamanda avtomobili ağuşuna alıb. Avtosfer.az xəbər verir ki, ətrafdakı insanlar təhlükəli vəziyyətə görə, maşına yaxın gedən bilməyiblər. Havanın da küləkli olması alovu yaxınlıqdakı avtomobillərə keçirib.
Hadisə Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi 11-D ünvanında çoxmərtəbəli binanın arxasındakı avtodayanacaqda baş verib.
Zərərçəkmiş sürücülərdən biri, Vüqar Mənsimov deyir ki, avtomobili yeni alıb. Yandığını isə səhər xəstəxanaya gedərkən görüb.
Vüqar Mənsimov avtomobilini yeni alsa da, onu könüllü sığorta etdirməyib. Sürücü deyir ki, amma avtomobilini orda saxlamaq üçün dayanacaq pulu ödəyir.
Bu hadisənin qorunan dayanacaqda baş verməsi təhlükəsizlik məsələsini gündəmə gətirir.
Niyə avtomobillərin söndürülməsi üçün heç bir tədbir görülməyib?
Sualı binanın komendantına ünvanladıq.
O, şifahi olaraq bildirdi ki, həmin ərazi onlara məxsus deyil. Ərazini qoruyan mühafizəçi isə sualımız qarşısında nə deyəcəyini belə bilməyib.
Daha ətraflı videomaterialda.
***
Bakının Binəqədi rayonunda yanğın olub.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. Çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes", "Kia" və "Hyundai" markalı minik avtomobilləri yanıb. Yanğın nəticəsində atvomobillər tam yararsız hala düşüb.
Hadisə "Mercedes Vito" markalı avtomobilin yanmağa başlamasını nəticəsində başlayıb.
Belə ki, ilk yanğın həmin avtomobildə olub, daha sonra isə dayanacaqda dayanan digər avtomobillərə keçib. Nəticədə dayanacaqda olan "Kia Sportage" və "Hyundai Santafe" markalı avtomobillər yanaraq yararsız hala düşüb.