Ağdaşda dördotaqlı ev yanıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı ev sahibi xəsarət alıb.
Yanğın rayonun Abad kənd sakini 1952-ci il təvəllüdlü Cabbarova Məhbubə Qasım qızına məxsus dördotaqlı evdə baş verib.
Hadisə yerinə Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 120 k/m olan 4 otaqlı kürsülü yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb, ev sahibi Cabbarova Məhbubə Qasım qızı yüngül xəsarət alıb.