Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyunu ilə bağlı Qəbələ şəhər stadionunda görülən işlər yekunlaşıb.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapıarxası platformanın tikintisi başa çatıb.
Bundan əlavə, mövcud platformalar gücləndirilib, texniki ərazinin təmir-tikinti və çəkiliş maşınları meydançasının düzləşdirilməsi üçün işlər görülüb.
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.