Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyunu ilə bağlı Qəbələ şəhər stadionunda görülən işlər yekunlaşıb.
Sitat.info Reporta-a əsasən məlumat verir ki, arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapıarxası platformanın tikintisi başa çatıb.
Bundan əlavə, mövcud platformalar gücləndirilib, texniki ərazinin təmir-tikinti və çəkiliş maşınları meydançasının düzləşdirilməsi üçün işlər görülüb.
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.