Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyunu ilə bağlı AFFA tərəfindən Qəbələ şəhər stadionunda görülən işlər yekunlaşıb.
Arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapıarxası platformanın tikintisi sonlanıb.
O cümlədən, mövcud platformalar gücləndirilib, texniki ərazinin təmir-tikinti və çəkiliş maşınları meydançasının düzləşdirilməsi üçün işlər görülüb.
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək və "CBC Sport"la canlı təqdim ediləcək.