AZ

Son beş ildə 3-cü dəfə

Misli premyer-liqasının 13-cü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub. O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer-liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. Saldanya və Əliyevdən öncə Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Seçilən
12
9
football-plus.az

10Mənbələr