AZ

Premter Liqada 3-cü dəfə belə hadisə yaşandı - Son 5 ildə

Premyer Liqanın 13-cü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “Kəpəz”in hücumçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub.

O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb.

2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. Saldanya və Əliyevdən öncə Klesio Bauk “fərqlənib”.

O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

“Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Seçilən
4
1
sportinfo.az

10Mənbələr