Polşa çempionatında həftənin rəmzi komandası açıqlanıb.
Msport.az xəbər verir ki, XV turun “11-liy”inə “Radomyak” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov da düşüb.
28 yaşlı müdafiəçinin komandası səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
Qeyd edək ki, “Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.