AZ

Millimizin üzvü həftənin rəmzi komandasında

“Radomyak”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

28 yaşlı müdafiəçi 15-ci turun “11-liy”inə seçilib. Məmmədovun komandası səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub. “Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
10
bizim.media

10Mənbələr