AZ

Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 iyul 2024-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% artaraq, 1,5 milyard manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 751,6 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 84% çoxdur.

2024-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 56% yüksəlməklə 68 milyon manat, xərcləri 54 milyon manat olmuşdur.

Hesabat dövründə Azər Türk Bank 13,5 milyon manat, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 90% çox xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcmi 28% artaraq, 91 milyon manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
137
2
banco.az

7Mənbələr