Bankın kredit portfelinin həcmi 751,6 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 84% çoxdur.
2024-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 56% yüksəlməklə 68 milyon manat, xərcləri 54 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 13,5 milyon manat, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 90% çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 28% artaraq, 91 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 80% artımla 1,4 milyard manat səviyyəsindədir.
Bankın depozit portfeli dəfələrlə böyüyərək, 892 milyon manat təşkil etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,7%, kapitalın gəlirlilik əmsalı (ROE) 25,3% olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
7Mənbələr
-
marja.azAzər Türk Bankın xalis mənfəəti kəskin artıb ( 8608346)
-
az.trend.azAzər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu ( 8608265)
-
demokrat.azAzər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu ( 8608055)
-
azxeber.comAzər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu ( 8607974)
-
banco.azAzər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu ( 8607122)
-
fed.azAzər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə - BAŞA VURDU ( 8606528)
-
banker.azAzər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu ( 8606378)