AZ

Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bankın 01 iyul 2024-cü il tarixinəaktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% artaraq, 1,5milyard manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 751,6 milyon manat təşkiletmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 84% çoxdur.

2024-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçənilin eyni dövrü ilə müqayisədə 56% yüksəlməklə 68 milyon manat,xərcləri 54 milyon manat olmuşdur.

Hesabat dövründə Azər Türk Bank 13,5 milyon manat, yəni ötənilin eyni dövrü ilə müqayisədə 90% çox xalis mənfəət əldəetmişdir.

Bankın məcmu kapitalının həcmi 28% artaraq, 91 milyon manatolmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 80% artımla 1,4 milyard manatsəviyyəsindədir.

Bankın depozit portfeli dəfələrlə böyüyərək, 892 milyon manattəşkil etmişdir.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,7%, kapitalıngəlirlilik əmsalı (ROE) 25,3% olub.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-ninsəhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixliFərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanİnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

Seçilən
143
6
az.trend.az

7Mənbələr