Lənkəranda xəstə əməliyyat zamanı ölüb.
Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib. Xəstəni Bakı şəhərindən gedən həkim Yusif Abdulov müayinə edib və onda ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib.
M.Şərifovun oğlu Yusif Şərifzadə bildirib ki, əməliyyat avqustun 26-da saat 14-ə təyin olunub.
Həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini bildirib: "Saatlar keçdi, həkimlər atamdan heç bir məlumat vermədi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığı hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir".
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.