AZ

Problemli kreditlərin yığımı üzrə qrup rəhbəri - VAKANSİYA

"SF Azərbaycan" BOKT Problemli kreditlərin yığımı üzrə qrup rəhbəri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Təhsil: Ali təhsil, (maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti);
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilmək;
  • Təcrübə: Gecikdirilmiş kredit portfelinin idarə olunmasında minimum 2 il iş təcrübəsi;
  • Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; Tableau proqramından istifadə etmək; 

Vəzifə öhdəlikləri:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geri yığımına nail olmaq;
  • Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
  • Gecikmədə olan müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək;
  • Öz səlahiyyətləri daxilində müştərilərin məsələlərinin (münaqişə vəziyyətlərinin) həll edilməsi;
  • Şöbəyə daxil olan yeni işçilərə təlim keçirilməsi, zənglərin monitorinqi, şöbə işçiləri arasında loyallıqı artırmaq və motivasiyanı yüksəkdə tutmaq, iş grafiklərin tərtib edilməsi;
  • Problemli kreditlərin idarəedilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.

İmtiyazlar:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

Şərtlər:

  • İş vaxtı: Keçici cədvələ uyğun olaraq dəyişən 5 günlük iş rejimi, 2 növbəli 09:00/18:00; 10:00/19:00.
  • Əmək haqqı: 1000 AZN (net) + 400 azn KPI bonus;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.

Müraciət üçün LİNKƏ daxil olun.

Seçilən
130
37
fins.az

10Mənbələr