AZ

Türkiyənin tekstil məhsulları ixracı 1 faiz azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 6 milyon 216 min 164 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 799 min 686 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 9 milyon 490 min 98 dollar məbləğində tekstil məhsulları ixrac edib.

Seçilən
111
20
turkic.world

10Mənbələr